“Lakin bu, sadəcə, pis qanun yox, kobud strateji səhvdir. Bu qanuna görə Kiyev Moskva ilə münaqişənin kəskinləşməsi fonunda aldığı beynəlxalq dəstəyi itirmək riski ilə üzləşir”, - materialda deyilir.
Məqalənən müəlliflərinin fikrincə, hazırda Qərb ölkələrinin əksəriyyətində Ukraynaya ictimai dəstəyin səviyyəsinin aşağı düşməsi müşahidə edilir. Seçiciləri Kiyevi dəstəkləmək üçün pul xərcləmək lazım olduğuna inandırmaqda rəsmilərə və siyasətçilərə getdikcə çətin olacaq.
- Əgər Ukrayna bir vaxtlar qaçmağa çalışdığı korrupsioner avtoritar sistemə bənzəməyə başlasa, bu Qərb siyasətçilərinin ölkənin müdafiəsi zərurətini dəsətkləməsini çətinləşdirəcək”, - jurnalistlər izah ediblər.
|
| Politico: “Ukrayna hakimiyyəti ölkə üçün təhlükədir” | VİDEO |
Xatırladaq ki, UMAB-ın və İAP-ın müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun iyulun 22-də qəbul edilib. Volodimir Zelenskinin iddiasına görə, bu addım sözügedən strukturları, ilk növbədə, Rusiyanın xarici təsirlərindən təmizləmək üçün zəruridir. ABŞ və Avropa İttifaqı (Aİ) Ukrayna hakimiyyətinin qərarını tənqid edib.
“Politico” nəşri isə, bu qanunu qəbul edən Ukrayna hakimiyyətini ölkə üçün təhlükə adlandırıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


